Britaniyanın ən böyük qaz anbarı bağlana bilər

Britaniyanın ən böyük qaz anbarı bağlana bilər backend

"British Gas" şirkətinin sahibi olan Britaniyanın "Centrica" şirkəti ölkənin Yorkşir sahillərində yerləşən ən böyük qaz anbarı "Rough"un bağlanma riski barədə xəbərdarlıq edib.

Qaziler.az xəbər verir ki, bu barədə "Sky News" şirkət rəhbəri Kris O'Şinin əməkdaşlara ünvanladığı xidməti məktuba istinadən məlumat yayıb.

Hökumət müdaxilə etməsə, istismarı gəlirsiz (qeyri-rentabelli) olduğu üçün anbarın martın sonunda bağlanması planlaşdırılır. Obyektdə ştatlı əməkdaşlar və podratçılar da daxil olmaqla təxminən 400 iş yeri var.

O'Şi məktubda nazirlərin bu qış üçün anbarın fəaliyyətinə dəstək üzrə qısamüddətli razılaşmanı rədd etməsindən məyusluğunu ifadə edib. O həmçinin bildirib ki, hökumət köhnəlmiş yeraltı qaz anbarlarına uzunmüddətli dəstək göstərilməsi ilə bağlı sorğuya cavab verməyi ləngidir.

"Energetika naziri Miatta Fanbulle indi bizə bildirib ki, hökumət bu qış üçün qısamüddətli razılaşmadan istifadə etməyəcək", - deyə O'Şi yazıb.

QAZİLER.AZ