Kiyev Vaşinqtona səfir tapa bilmir: 8 nəfər imtina edib

Kiyev Vaşinqtona səfir tapa bilmir: 8 nəfər imtina edib backend

Artıq səkkiz nəfər Ukraynanın ABŞ-dəki səfiri vəzifəsini tutmaqdan imtina edib.

Qaziler.az xəbər verir ki, bu barədə Ukraynanın Vaşinqtondakı sabiq səfiri (2015–2019) Valeri Çalı “Levıy bereq” nəşrinə müsahibəsində bildirib.

“Artıq səkkiz nəfər səfir vəzifəsindən imtina edib. Bu, normal hal deyil”, - deyə diplomat qeyd edib.

Çalı vurğulayıb ki, səfir böyük bir kollektivin işini əlaqələndirməli olan menecerdir. O, partiya qurultaylarında iştirak edə bilən, Ağ Evə daxil ola bilən və ora nümayəndə heyəti apara bilən bir şəxs olmalıdır.

“Bizim nümayəndə heyətlərimiz haradadır? Hara yoxa çıxıblar? Səfir yoxdur - nümayəndə heyətləri də getmir”, - deyə Çalı əlavə edib.

Oktyabrın sonunda Ukrayna Prezidenti Volodimir Zelenski bildirmişdi ki, heç kim Ukraynanın ABŞ-dəki səfiri olmaq istəmir, buna görə də bu vəzifəyə konkret namizəd yoxdur.

QAZİLER.AZ