Rusiya aviasiya yanacağı və qarabaşağın ixracını qadağan edib

Rusiya aviasiya yanacağı və qarabaşağın ixracını qadağan edib backend

Rusiya hökuməti ölkədən qarabaşağın çıxarılmasına yeni müvəqqəti qadağa tətbiq etmək qərarına gəlib.

Qaziler.az Rusiya mediasına istinadla xəbər verir ki, məhdudiyyət 6 ay müddətində qüvvədə olacaq.

Bununla belə, ixrac qadağası ölkədən Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərə aparılan qarabaşağa şamil edilməyəcək.

Bundan əlavə, Rusiya Federasiyası hökuməti aviasiya yanacağının ixracına qoyulan qadağanı 2027-ci il martın 31-dək uzadıb.

QAZİLER.AZ