Almaniya 2027-ci ildə müdafiə xərclərinə təxminən 140 milyard avro yönəldəcək. Bu, soyuq müharibə dövründən bəri rekord göstəricidir.
Qaziler.az xəbər verir ki, bu barədə Almaniyanın "Der Spiegel" jurnalı məlumat yayıb.
Nəşr qeyd edir ki, Bundestaq ümumi xərcləri 556 milyard avro təşkil edən ölkə büdcəsini təsdiqləyib. Belə ki, cari illə müqayisədə xərclər təxminən 31 milyard avro artacaq. Büdcə ehtiyaclarını qarşılamaq üçün hakimiyyət xüsusi fondların vəsaitləri də daxil olmaqla təxminən 210 milyard avro məbləğində yeni borclanmaya getməyi planlaşdırır.
Berlin Ukraynaya daha 12 milyard avro ayırmağı nəzərdə tutur. Bununla yanaşı, ailələrin, eləcə də orta və aşağı gəlirli vətəndaşların maliyyə yükünü azaltmağa yönəlmiş gəlir vergisi islahatı hələlik razılaşdırılmayıb.
QAZİLER.AZ