Fransada polisə yeni qadağa qoyuldu

Fransada polisə yeni qadağa qoyuldu backend

Fransa hakimiyyəti polisin istənilən əməliyyat zamanı "EF-SON" tipli səs-işıq qumbaralarından istifadəsinə qadağa qoyub.

Qaziler.az xəbər verir ki, bu barədə "Figaro" qəzeti xidməti məlumata istinadən məlumat yayıb.

Oktyabr ayında ölkənin Daxili İşlər Nazirliyi bu qumbaraların istifadəsinə qadağa tətbiq etmişdi. Buna səbəb polis qumbarasının partlaması nəticəsində bir yeniyetmənin ağır xəsarət alması - əlinin qopması hadisəsi olub.

Fransada kütləvi etirazlar sentyabrın ortalarında Parisin ətraf qəsəbələrində məktəblilərin təhsil müəssisələrində şəraitin yaxşılaşdırılması tələbi ilə küçələrə çıxması ilə başlayıb. Daha sonra qiymət artımından narazı olan vətəndaşlar da etirazçılara qoşulub və aksiyalar ölkənin digər regionlarına yayılıb.

QAZİLER.AZ