Özbəkistan Elmlər Akademiyasının mətbuat xidməti ölkə ordusu üçün hərbi terminlərin dəyişdirilməsi ilə bağlı məlumat verib.
Qaziler.az-ın yerli mətbuata istinadən məlumatına görə, bildirilir ki, Özbəkistan Respublikası Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutu özbək dilinin qayda və normalarına uyğunlaşdırılmış yeni ordu terminlərinin siyahısını təsdiqləyib. Həmin terminlər rəsmi şəkildə hərbçilərin istifadəsinə veriləcək.
Xüsusilə "dəyənək", "furajka", "hücum", "blindaj", "blokada", "blokpost", "təxribatçı" (diversant) və digər sözlər yeni qarşılıqlar alıb. Ümumilikdə 30 termin dəyişdirilib.
Akselband - Zarband
Ambrazura - Şinak
Ataka - Hamla
Baraban(çi) - Dovul(çi)
Blindaj - Panajoy
Blokada - Qamal
Bronejilet - Zirhnimça
Blokpost - Tösiqpost
Veşmeşok - Yukxalta
Gaupvaxta - Bandixona
Gorn(çi) - Burğu(çi)
Diversiya - Qöporuvçilik
Diversant - Qöporuvçi
Dubinka - Darra
Dozor - Erovul
Kokarda - Jiğa
Kotelok - Qozonça
Mişen - Nişon
Okop - Xandaq
Protivogaz - Gazniqob
Rejim - Tartibot
Tranşeya - Xandaq yölagi
Trevoga - Bong
Trençik - Zanjirboğ
Tribunal - Harbiy mahkama
Furajka - Börk
Fortifikatsiya - Istehkom
Şevron - Uqa.
Qeyd olunur ki, hərbi terminologiyanın dəyişdirilməsi ilə bağlı təkliflər ölkənin Müdafiə Nazirliyi yanında ictimai əsaslarla fəaliyyət göstərən işçi qrupu tərəfindən irəli sürülüb. Bundan sonra Komissiya digər qurumlarla birlikdə təqdim olunan təkliflərin ekspertizasını keçirib və hərbi sahədə istifadə üçün nəzərdə tutulan yeni elmi əsaslandırılmış söz və terminləri təsdiq edib.