Dəhşətli qəza anı kameralara düşdü: Avtomobil 4-cü mərtəbədən yerə çırpıldı - VİDEO

Dəhşətli qəza anı kameralara düşdü: Avtomobil 4-cü mərtəbədən yerə çırpıldı - VİDEO backend

Filippində binanın avtomobil dayanacağında idarəetmədən çıxan minik avtomobili dördüncü mərtəbədən yerə düşüb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, çevrilərək yerə çırpılan nəqliyyat vasitəsində olan 55 yaşlı sürücü həyatını itirib, dəhşətli qəza anları isə təhlükəsizlik kameralarına saniyəbəsaniyə əks olunub.

Faciəvi hadisə cümə axşamı günorta saatlarında Filippinin Makati şəhərindəki Ximenes küçəsində baş verib. Binanın dayanacağından çıxmağa çalışan sürücünün idarə etdiyi avtomobil idarəetməni itirərək metrlərlə hündürlükdən aşağı aşıb. Dəhşətli qəza ətrafda böyük təşvişə səbəb olub.

Makati polisinin açıqlamasına görə, sürücü dayanacağın beşinci mərtəbəsindən rampa ilə aşağı enərkən divara çırpılıb. Toqquşmadan sonra idarəetmədən çıxan avtomobil təhlükəsizlik səddinə (baryerə) baxmayaraq dayana bilməyib. Səddi aşan maşın dördüncü mərtəbədəki dayanacaqdan düşərək tərsinə çevrilib.

Məlumat daxil olduqdan sonra hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Tibb işçilərinin müayinəsi zamanı 55 yaşlı sürücünün öldüyü müəyyən edilib.

Qəza ilə bağlı araşdırma başlansa da, polis dayanacaq operatorlarına oxşar hadisələrin qarşısını almaq üçün tədbirlər görmələri barədə xəbərdarlıq edib. Hakimiyyət orqanları xüsusilə nəqliyyat vasitələrinin düşməsinin qarşısını alan təhlükəsizlik baryerlərinin və dayanacaq panduslarının yoxlanılmasını istəyib.

QAZİLER.AZ