Daşkənddə "Cobalt" sürücüsü partlayışdan möcüzəvi şəkildə sağ çıxıb - VİDEO

Daşkənddə "Cobalt" sürücüsü partlayışdan möcüzəvi şəkildə sağ çıxıb - VİDEO backend

Daşkənddə "Cobalt" markalı avtomobildə qaz-hava qarışığının ani alışması (partlayış) baş verib.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Yayılan videoda avtomobilin dayanacaqda olduğu vaxt qəfil alışmanın baş verdiyi görünür. İnsident noyabrın 26-da Yangihayot rayonunda qeydə alınıb.

Qeyd edək ki, alışma anında sürücü avtomobilin içərisində olub. O, möcüzə nəticəsində xəsarət almayıb və videodan göründüyü kimi, vəziyyəti qənaətbəxşdir.

QAZİLER.AZ