Sankt-Peterburqda əməliyyat: 1997-ci ildən axtarışda olan şübhəli yaxalandı

Sankt-Peterburqda əməliyyat: 1997-ci ildən axtarışda olan şübhəli yaxalandı backend

29 il əvvəl törədilmiş cinayətdə şübhəli bilinən Qazaxıstan vətəndaşı Sankt-Peterburqda saxlanılıb

Noyabrın 22-də Sankt-Peterburqda 1997-ci ildə Uralsk şəhərində silahlı basqın törətməkdə şübhəli bilinən 62 yaşlı Qazaxıstan vətəndaşı saxlanılıb.

"Kazinform"un Qazaxıstan Daxili İşlər Nazirliyinə (DİN) istinadən yaydığı məlumata görə, həmin şəxs sonradan məhkum edilmiş şəriki ilə birlikdə yaşayış evinə daxil olaraq zor tətbiq etməklə zərərçəkənin əmlakını talayıb.

"DİN-in axtarış tədbirləri ölkə ərazisi ilə məhdudlaşmır. Xarici hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət sayəsində ilin əvvəlindən Qazaxıstan hüdudlarından kənarda axtarışda olan 149 şəxs saxlanılıb", — deyə DİN-in Kriminal Polis Departamentinin nümayəndəsi Bekzat Kemal bildirib.

Digər bir hadisə noyabrın 20-də Daşkənddə baş verib. Orada 2025-ci ilin oktyabrından Karaqandada quldurluq hücumunda şübhəli bilinərək axtarışda olan 40 yaşlı Qazaxıstan vətəndaşı saxlanılıb. Cinayət nəticəsində dəymiş ziyan 4 milyon 350 min tenge təşkil edib.

Həmin gün Almatıda Abay vilayətinin polis əməkdaşları 40 yaşlı kişini ələ keçiriblər. O, Semey sakinindən hədə-qorxu ilə 1 milyon dollar tələb etməkdə şübhəli bilinir. İstintaqın versiyasına görə, o, 2020-ci ilin yanvarında zor tətbiq edərək pul tələb edib.

Daha əvvəl, noyabrın 4-də Semeydə Çinə gedən yük qatarlarından mis konsentratı oğurlamaqda şübhəli bilinərək axtarışda olan 45 yaşlı kişi saxlanılıb. Dəymiş ümumi ziyanın məbləği 6 milyon tengeni ötüb.

Ümumilikdə ilin əvvəlindən polis axtarışda olan 1 231 nəfəri saxlayıb. Bundan başqa, itkin düşmüş 20 110 vətəndaşın yeri müəyyən edilib.

QAZİLER.AZ