Polşa prokurorluğu ölkə prezidenti Lex Kaçinskinin həlak olduğu Smolensk qəzası ilə bağlı ekspertlərin rəyini açıqlayıb. Ekspertlərin fikrincə, qəzaya partlayış və ya texniki nasazlıq səbəb olmayıb.
Qaziler.az bildirir ki, "RMF24"ün yaydığı məlumata görə, beynəlxalq ekspert qrupunun gəldiyi nəticəyə əsasən, "Tu-154M" təyyarəsi 10 aprel 2010-cu ildə "Smolensk-Severnı" hava limanına enişə yaxınlaşarkən baş verən bir sıra hadisələr nəticəsində qəzaya uğrayıb. Onlardan biri uçuşun faktiki hündürlüyünün düzgün qiymətləndirilməməsidir.
Hesabatı cümə günü Milli Prokurorluğun nümayəndəsi Pşemıslav Novak təqdim edib. Sənəd tərkibinə 20-dən çox ekspertin daxil olduğu beynəlxalq qrup tərəfindən hazırlanıb. Novak xatırladıb ki, bu qrup hələ 2019-cu ildə "Hüquq və Ədalət" partiyasının hakimiyyəti dövründə yaradılıb.
QAZİLER.AZ