İstanbul-Sankt-Peterburq reysində həyəcan: Təyyarə Finlandiyada məcburi eniş etməli oldu

İstanbul-Sankt-Peterburq reysində həyəcan: Təyyarə Finlandiyada məcburi eniş etməli oldu backend

"Turkish Airlines" aviaşirkətinə məxsus, İstanbuldan Sankt-Peterburqa uçan sərnişin təyyarəsi pilotsuz uçuş aparatları (PUA) təhlükəsi səbəbindən Helsinkidə məcburi eniş edib.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 27-də Finlandiyanın "Yle" teleradio şirkəti məlumat yayıb.

Gecə saatlarında Sankt-Peterburqun "Pulkovo" hava limanı PUA zərbələri səbəbindən reyslərin qəbuluna məhdudiyyət qoyub. Dəqiqləşdirilmiş məlumata görə, hava gəmisi yerli vaxtla saat 04:57-də (Moskva vaxtı ilə 05:57) Finlandiya paytaxtında eniş edib. Yanacaq doldurduqdan sonra təyyarə saat 06:54-də İstanbula geri uçub.

Qeyd edək ki, Helsinki-Vantaa hava limanı bir sıra aviaşirkətlərin uçuş planlarında nəzərdə tutulan ehtiyat aerodromlar siyahısına daxildir. Bu hava limanından əlverişsiz hava şəraiti və ya ştatdankənar vəziyyətlər yarandıqda reyslərin yönləndirilməsi üçün istifadə olunur.

QAZİLER.AZ