ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibəni bitirmək və sülh sazişi bağlamaq məqsədilə Rusiya lideri Vladimir Putini "dost" adlandırdığını bildirib.
Qaziler.az "RBK-Ukraina"ya istinadən məlumatına görə, Tramp bu barədə jurnalistlərlə danışıb.
Amerika prezidenti bir açıqlamasında Rusiya liderini "dost" adlandırması, digərində isə onu "Avropaya qarşı hərbi təcavüzü dayandırmağa" çağırması ilə bağlı sualı cavablandırıb.
"Mən onun dostum olmadığını deyə bilərdim, lakin mən razılıq əldə etməliyəm. Onlar ayda 25 min insan itirirlər. Yaxınlaşıb deyə bilərdim ki, "Bilirsən, mənim səndən xoşum gəlmir", amma o zaman Zelenski ilə Putin arasında yaşanan eyni problemlə üzləşərik", — deyə Tramp vurğulayıb.
QAZİLER.AZ