Bolqarıstanın Baş naziri rusiyalı idmançılara qoyulan məhdudiyyətlərə qarşı çıxdı

Bolqarıstanın Baş naziri rusiyalı idmançılara qoyulan məhdudiyyətlərə qarşı çıxdı backend

Bolqarıstanın Baş naziri Rumen Radev noyabrın 26-da Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən tədbirlərdə rusiyalı idmançıların iştirakının məhdudlaşdırılması planlarına qarşı çıxıb.

"NOVA" telekanalının məlumatına görə, hökumət başçısı idman və mədəniyyət tədbirlərinin siyasiləşdirilməsinin yolverilməz olduğunu vurğulayıb: "Düşünürəm ki, idman və mədəniyyət tədbirlərini bu şəkildə siyasiləşdirməklə çox uzağa gedirik. Buna görə də bizim öz etirazlarımız var".

Baş nazir qeyd edib ki, müzakirə olunan məhdudiyyətlər təkcə idmançılara aid deyil. Onun sözlərinə görə, söhbət həmçinin idman yarışları ilə bağlı turist səfərlərindən və mədəni tədbirlərdən gedir.

QAZİLER.AZ