Polşa Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyir

Polşa Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyir backend

Polşanın milli müdafiə nazirinin müavini Maqdalena Sobkoviak-Çarnetska Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək istədiklərini bildirib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, görüşlər keçirmək məqsədilə Ankarada səfərdə olan Sobkoviak-Çarnetska ABŞ mərkəzli "X" sosial media platformasındakı hesabında paylaşım edərək Polşa-Türkiyə müdafiə əməkdaşlığının çalışdığı nazirlik üçün mühüm məsələ olduğunu vurğulayıb.

NATO çərçivəsində hər iki ölkənin hərbçilərinin bir-birinin təhlükəsizliyinə dəstək verdiyini qeyd edən nazir müavini əməkdaşlığın növbəti mərhələsinin polşalı və türkiyəli mühəndislər tərəfindən birgə formalaşdırılmasını istədiyini ifadə edib.

Türkiyənin ordu modernləşdirməsi prosesini iqtisadi inkişaf strategiyası ilə paralel apardığına diqqət çəkən Sobkoviak-Çarnetska bu yanaşmanın yerli sənaye, elm, məşğulluq və ixracı da dəstəklədiyini bildirib.

O həmçinin Polşanın müdafiə sahəsindəki fəaliyyətində Türkiyənin təcrübə və həllərindən yararlanılacağını qeyd edib.

QAZİLER.AZ