Sabahdan Qazaxıstanın bu şəhərində ictimai nəqliyyat pulsuz olacaq

Sabahdan Qazaxıstanın bu şəhərində ictimai nəqliyyat pulsuz olacaq backend

Qazaxıstanın Taldıkorqan şəhəri sakinləri ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər.

Qaziler.az bildirir ki, "Kazinform" agentliyinin müxbirinin verdiyi məlumata görə, bu tədbir məsləhət (yerli nümayəndəli orqan) deputatlarının növbədənkənar seçkiləri günündə şəhər sakinlərinin rahatlığı üçün nəzərdə tutulub.

Şəhər akimatından (icra hakimiyyətindən) bildirilib ki, ictimai nəqliyyat saat 06:00-dan 22:00-dək ödənişsiz fəaliyyət göstərəcək. Noyabrın 30-dan etibarən isə avtobuslar adi iş rejiminə qayıdacaq.

Bundan əlavə, bağ massivləri və ucqar mikrorayonların sakinləri üçün sərnişinləri seçki məntəqələrinə çatdıracaq xüsusi avtobus marşrutları təşkil olunacaq.

Taldıkorqanda ümumilikdə 68 seçki məntəqəsi var ki, onlardan 18-i dairə seçki komissiyasıdır. Şəhər üzrə seçici siyahılarına 136 762 nəfər daxil edilib.

Gənc seçicilərə xüsusi diqqət yetirilir. Səsvermə günü Taldıkorqanın 10 sakininin 18 yaşı tamam olacaq və onlar konstitusiya hüquqlarından istifadə edərək ilk dəfə seçkilərdə iştirak edə biləcəklər.

Xatırladaq ki, məsləhət deputatlarının növbədənkənar seçkiləri noyabrın 29-da keçiriləcək. Daha əvvəl "Kazinform" agentliyi Jetisu vilayətində birmandatlı ərazi seçki dairələri üzrə 458 namizədin irəli sürüldüyünü xəbər vermişdi. Bir mandata orta hesabla üç nəfər iddialıdır.

Seçki məntəqələri saat 07:00-dan 20:00-dək açıq olacaq. Sakinlər öz məntəqələrinin nömrəsini və ünvanını xüsusi onlayn xidmətlər və ya "eGov Mobile" tətbiqi vasitəsilə əvvəlcədən öyrənə bilərlər.

QAZİLER.AZ