Trampdan Putinə çağırış: "Ukrayna ilə mümkün qədər tez saziş bağlanmalıdır"

Trampdan Putinə çağırış: "Ukrayna ilə mümkün qədər tez saziş bağlanmalıdır" backend

ABŞ Prezidenti Donald Tramp Çində Rusiya lideri Vladimir Putinlə söhbətləri zamanı onu Avropa ərazilərinə qarşı hərbi təcavüzü dayandırmağa və Ukrayna ilə saziş bağlamağa çağırdığını bildirib.

Qaziler.az bildirir ki, "RBK-Ukraina"nın Amerika prezidentinin "Truth Social" sosial şəbəkəsindəki paylaşımına istinadən yaydığı məlumata görə, Tramp Putinlə ünsiyyət zamanı vaxtının əhəmiyyətli hissəsini sülh yolu ilə nizamlanma məsələsinə həsr edib və razılaşmanın yaxın vaxtlarda əldə oluna biləcəyinə əminliyini ifadə edib.

"Mən Putinin bütün Avropa ərazilərinə qarşı hərbi təcavüzü dayandırmasını istədiyimi müzakirə etməyə xeyli vaxt ayırdım və Rusiya ilə Ukrayna arasında mümkün qədər tez bir zamanda saziş bağlanacağına ümid etdiyimi bildirdim. Bunun tamamilə mümkün olduğuna həqiqətən inanıram — hər ay minlərlə insan həlak olur", — deyə Tramp qeyd edib.

QAZİLER.AZ