Filippinlilər ölkənin milli borcunu ödəmək üçün könüllü olaraq adambaşına 170 min peso (təxminən 2,67 min dollar) ödəyə bilərlər. Belə bir ideyanı Senat üzvü Alan Piter Kayetano irəli sürüb.
Qaziler.az xəbər verir ki, bu barədə "Bombo" radiostansiyası məlumat yayıb.
Məbləğ əhalinin sayına əsasən hesablanıb və 19,66 trilyon peso (1 dollar üçün 63,72 peso məzənnəsi ilə təxminən 308,7 milyard dollar) həcmində olan milli borcla mütənasibdir.
Kayetano vətəndaşların ölkənin borcunu ödəmək üçün vəsait topladığı Cənubi Koreyanı nümunə göstərib və hökumətin öhdəliklərini ödəməyə kömək etmək istəyənlərə imkan verən mexanizm yaratmağı təklif edib.
QAZİLER.AZ