Fransa Prezidenti Emmanuel Makron İspaniyanın Baş naziri Pedro Sançesdən 26 və 27 noyabr tarixlərində keçiriləcək Avropa İttifaqı (Aİ) sammitində onun ölkəsini təmsil etmək səlahiyyəti alıb.
Qaziler.az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
“Sançes və Makron arasındakı yaxın şəxsi münasibətləri və möhkəm siyasi əlaqələri nəzərə alaraq, Brüsseldə keçiriləcək sammitdə Madridi Fransa Prezidenti təmsil edəcək”, – deyə nəşrdə bildirilib.
Qeyd olunub ki, Pedro Sançes noyabrın 29-da İspaniyada keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar məşğul olduğu üçün sammitdə şəxsən iştirak edə bilməyəcək. İspaniyanın Baş naziri oktyabrın 5-də parlamentin buraxıldığını elan etmişdi. O bildirmişdi ki, bir çox ispaniyalı hazırkı hakimiyyətdən narazıdır və hökumət qarşıya qoyulan bütün vəzifələri, o cümlədən bərabərsizliklə mübarizə, dövlət xidmətlərinin inkişafı və mənzil əlçatanlığının təmin edilməsi sahəsindəki hədəfləri həyata keçirə bilməyib.
QAZİLER.AZ