Serbiya parlamentinin (Skuşina) spikeri və dövlət başçısının səlahiyyətlərini icra edən Aleksandr Çupiç ölkədə prezident seçkilərinin dekabrın 27-də keçiriləcəyini bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
“Konstitusiyanın müvafiq maddəsinə uyğun olaraq dekabrın 27-də keçiriləcək Serbiya Respublikası prezidenti seçkilərini təyin edirəm”, – deyə Çupiç müvafiq qərarı imzaladıqdan sonra bəyan edib.
Sentyabrın 27-də Aleksandr Vuçiç Serbiya prezidenti postundan getdiyini elan etmişdi. Siyasətçinin sözlərinə görə, o, növbədənkənar parlament seçkilərinə qədər sadə vətəndaş kimi yaşamağı planlaşdırır.
QAZİLER.AZ