İranın xarici işlər naziri Abbas Əraqçi İsraili Tehranın kimyəvi silah hazırladığı və bu silahları əczaçılıq zavodlarında gizlətdiyi barədə ittihamlar irəli sürməklə ABŞ-ni İrana qarşı yeni müharibəyə cəlb etməyə çalışmaqda ittiham edib.
Qaziler.az xəbər verir ki, Abbas Əraqçi bu barədə “X” sosial şəbəkəsində yazıb.
“Bu müharibə qızışdırıcısı utanmadan İranı – Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin iştirakçısı, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının üzvü və Almaniyanın Səddam Hüseyn rejiminə verdiyi kimyəvi silahların qurbanı olan dövləti – belə iyrənc silahları hazırlamaqda və onları əczaçılıq zavodlarında gizlətməkdə ittiham edir. Məqsəd ABŞ-ni aldadaraq onun əvəzinə yeni müharibəyə başlamağa sövq etməkdir”, – deyə nazir bildirib.
“Yalnız son bir il ərzində o, ABŞ-ni İrana qarşı iki uğursuz müharibəyə cəlb edib”, – deyə İran XİN rəhbəri vurğulayıb.
QAZİLER.AZ