Hörmüz boğazında, Omanın Xasab limanı yaxınlığında iki neft tankeri dəniz minalarına düşərək partladıqdan sonra alovlanıb.
Qaziler.az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, tankerlər Xasab limanından şimalda dəniz minalarına toxunub və bundan sonra gəmilərdə yanğın başlayıb.
İddia olunur ki, hər iki gəmi naviqasiya sistemləri söndürülmüş vəziyyətdə, razılaşdırılmamış marşrutla keçməyə cəhd edib.
SEPAH-ın məlumatına əsasən, bu gəmilərdən biri 2 milyon bareldən çox neft daşıyan supertankerdir. Hazırda həmin gəmidə yanğın davam edir.
QAZİLER.AZ