Rusiya və Ukrayna həlak olan hərbi qulluqçuların meyitlərinin növbəti mübadiləsini həyata keçiriblər.
Qaziler.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Şamsail Saraliyev məlumat verib.
Onun sözlərinə görə, Moskva Kiyevə 250 ukraynalı hərbçinin meyitini təhvil verib, Rusiya tərəfi isə RF Silahlı Qüvvələrinin 22 hərbi qulluqçusunun meyitini geri alıb.
QAZİLER.AZ