ABŞ hərbçiləri Ayova ştatındakı müdafiə müəssisəsində 4,5 ton qurğuşun azidin nəzarət olunan partlayışını həyata keçiriblər.
Qaziler.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi noyabrın 25-də məlumat yayıb.
“4,5 ton qurğuşun azidin saxlanıldığı iki bunkerin ətrafında torpaq bəndlər qurulub, tikililərin özü isə köpük və su ilə doldurulub. Rəsmilərin sözlərinə görə, bu tədbirlər partlayış enerjisini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir”, – deyə materialda qeyd olunub.
Əməliyyat Middltaun şəhərindəki zavodda baş tutub. Jurnalistlərin məlumatına görə, müəssisə ərazisində güclü partlayış səsi eşidilib, bundan sonra səmaya iki ağ tüstü buludu qalxaraq tez bir zamanda dağılıb.
Rəsmilərin evdə qalmaqla bağlı tövsiyələrinə baxmayaraq, yerli sakinlərin bir qismi partlayış anını görmək üçün küçələrə çıxıb.
QAZİLER.AZ