Kim Çen Indan ABŞ-yə sərt ittiham və nüvə xəbərdarlığı

Kim Çen Indan ABŞ-yə sərt ittiham və nüvə xəbərdarlığı backend

KXDR lideri Kim Çen In Ağ Evin rəhbəri Donald Trampla görüşdən imtina etdikdən sonra atom başlıqlarına və bombalar üçün parçalanan material istehsal edən zavoda baxış keçirmək qərarına gəlib.

Qaziler.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

“Bizim nüvə potensialımız artıq reallığa çevrilib”, – deyə o bildirib.

Kim Çen In qeyd edib ki, Şimali Koreya özünün nüvə dövləti statusunu heç vaxt dəyişməyəcək və atom arsenalı düşmən qüvvələrdən qorunmaq üçün zərurətdir.

Dövlət televiziyasının bildirdiyinə görə, Şimali Koreya lideri Birləşmiş Ştatlarla bağlı son şərhlərində Vaşinqtonu Seulun atom sualtı qayığı əldə etmək cəhdini təsdiqləməkdə ittiham edib.

QAZİLER.AZ