Avropa İttifaqının heç bir ölkəsi Ukraynanın maliyyələşdirilməsindən imtina edə bilməz.
Qaziler.az xəbər verir ki, bu barədə Niderlandın Baş naziri Rob Yetten bildirib.
Siyasətçi hesab edir ki, Ukrayna öz azadlığı, eləcə də Avropa demokratiyası və dəyərləri uğrunda mübarizə aparır, buna görə də Avropa onunla çiyin-çiyinə dayanmalıdır. Bundan əlavə, o qeyd edib ki, yaxın gələcəkdə Kiyevə daha çox maliyyə və hərbi dəstək lazım olacaq.
“Və bu, heç bir ölkənin imtina edə bilməyəcəyi bir məsələdir. Niderlandın uzun illər ərzində etdiyi və etməkdə davam etdiyi kimi, hamı ukraynalılarla öz həmrəyliyini nümayiş etdirməlidir”, – deyə Yetten vurğulayıb.
QAZİLER.AZ