Rusiya Prezidenti Vladimir Putinin Amerika lideri Donald Trampla çox işgüzar, praqmatik və dostluq münasibətləri var.
Qaziler.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov brifinqdə bildirib.
“Prezident Putinin Trampla çox işgüzar, praqmatik və dostluq münasibətlərinin olması həqiqətdir. Bu, onlara aralarında çoxlu fikir ayrılıqlarının olduğu ən mürəkkəb problemləri müzakirə etməyə kömək edir”, – deyə Peskov Trampın Putini dost hesab etməsi ilə bağlı bəyanatını şərh edərkən qeyd edib.
Peskov həmçinin Trampın və NATO-nun Baş katibi Mark Rüttenin Rusiyaya Ukraynadakı münaqişənin genişlənməsinə yol verməmək çağırışına cavab verib. Kreml nümayəndəsi izah edib ki, Şimali Atlantika Alyansının və digərlərinin narahatlıqları Aralıq dənizi və Baltikyanı regiondakı terror fəallığı ilə bağlıdır.
“Münaqişənin genişlənməsini heç kim istəmirdi və bu, Kiyev rejiminin potensial təhlükəli hərəkətləridir”, – deyə Peskov vurğulayıb.
QAZİLER.AZ