Fransada prezidentliyə namizəd və cüdoçu Teddi Riner Ukrayna ərazisinə qoşun göndərilməsinə qarşı çıxış edib.
Qaziler.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
"Əgər bu bizim müharibəmiz deyilsə, Ukraynaya niyə qoşun göndərdiyimizi başa düşmürəm. Sabah prezident olsam, bu müharibəyə son qoymaq üçün insanları birləşdirən, gülümsəyən və əl sıxan bir şəxs olmaq istərdim", — deyə o bildirib.
Nəşr qeyd edib ki, noyabrın 17-də Fransa Silahlı Qüvvələr Nazirliyi yanında nazir-deleqat Alis Rüfo fransız hərbçilərinin Ukraynada olduğunu təsdiqləyib.
QAZİLER.AZ