Husilər Səudiyyənin mühüm neft obyektini vurub

Husilər Səudiyyənin mühüm neft obyektini vurub backend

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemi husilərin hücumuna məruz qalıb.

Qaziler.az xəbər verir ki, bu barədə "Maariv" nəşri məlumat yayıb.

Xəbərdə qeyd olunub ki, Yəmən husiləri Səudiyyə Ərəbistanının ən mühüm neft emalı zavodlarından (NEZ) biri olan Ras-Tənuraya hücum ediblər. Bunu NASA və "Planet Labs"ın peyk görüntüləri də təsdiqləyir. Həmin fotolarda obyektin üzərində qatı qara tüstü buludları aydın müşahidə olunub.

Husilərin nümayəndəsi Yəhya Səri zərbə nəticəsində müəssisənin ərazisində yanğınların baş verdiyini bəyan edib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Ras-Tənura rayonunda dörd pilotsuz uçuş aparatının (PUA) ələ keçirildiyini bildirsə də, zavodun vurulmasını təsdiqləməyib. Krallığın hakimiyyət orqanları və "Saudi Aramco" dövlət neft şirkəti hücumla bağlı məlumatları hələlik şərh etməyib.

Müəssisənin istehsal gücü sutkada təxminən 550 min barel neft təşkil edir. Zavodun bilavasitə yaxınlığında dünya enerji bazarı üçün strateji əhəmiyyətə malik, dünyanın ən böyük xam neft ixracı terminallarından biri yerləşir.

QAZİLER.AZ