“Dördtərəfli görüşün tarixini gözləyirik” - Zelenski

“Dördtərəfli görüşün tarixini gözləyirik” - Zelenski backend

Ukrayna münaqişənin nizamlanması üzrə danışıqların növbəti raundunun keçirilmə tarixinin ABŞ tərəfindən elan edilməsini gözləyir.

Qaziler.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında yazıb.

"Ukrayna Avropanı Amerika ilə sülh trekinə tam şəkildə daxil etmək üçün çox iş görüb və hazırda Amerika tərəfindən artıq dördtərəfli formatda keçirilməli olan yeni görüşün tarixini gözləyirik", - deyə Zelenski qeyd edib.

Qeyd edək ki, noyabrın 25-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, hazırda Ukrayna üzrə danışıqların növbəti raundunun nə vaxt baş tutacağı barədə dəqiq təsəvvür yoxdur, lakin görüş mütləq keçiriləcək.

QAZİLER.AZ