"Google"un Fransadakı aktivlərinə həbs qoyulub

"Google"un Fransadakı aktivlərinə həbs qoyulub backend

Fransanın məhkəmə orqanları ölkədə "Google"un 1,9 milyard avro məbləğində aktivlərinə qarşı qadağa qoyub.  

Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Vəkil Vilyam Jülyenin sözlərinə görə, aktivlər Rusiyanın "Quql" MMC şirkətinin "Google Ireland Limited" şirkətinə qarşı qaldırdığı iddia ilə əlaqədar dondurulub.

"Çərşənbə günü məhkəmə icraçısı şirkətə 1,9 milyard avro məbləğində təminat həbsinin qoyulması barədə bildiriş təqdim etmək üçün “Google France”ın baş ofisinə gəlib", - deyə o bildirib.

Hüquqşünas qeyd edib ki, məhkəmə "Google France"ın bank hesablarını bağlamayıb, sadəcə onun İrlandiyadakı "Google"a ödəməli olduğu pullara "blok" qoyub.

QAZİLER.AZ