“Lukoil”un 10 milyardlıq xarici aktivlərini kimin alacağı bəlli oldu

“Lukoil”un 10 milyardlıq xarici aktivlərini kimin alacağı bəlli oldu backend

Amerikalı iş adamı Todd Boulinin rəhbərlik etdiyi konsorsium Rusiyanın “Lukoil” neft şirkətinin xarici aktivlərinin alınması üzrə razılaşma imzalayıb.

Qaziler.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Söhbət tərkibinə ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) daxil olduğu konsorsiumdan gedir. Danışıqları bir ildən artıq davam edən müqavilə şirkətin beynəlxalq aktivlərinin 10 milyard dollar dəyərində “Lukoil” qiymətli kağızları ilə dəyişdirilməsini nəzərdə tutur.

Şirkət 2025-ci ilin oktyabrında tətbiq edilmiş sanksiyalar altında olduğu üçün bu proses ABŞ Maliyyə Nazirliyi tərəfindən yoxlanılmalıdır. Nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) bu əməliyyatın milli təhlükəsizliyə təhdid yaradıb-yaratmadığını qiymətləndirməlidir. Müqavilə təsdiqlənərsə, ABŞ hökuməti aktivlərdən əldə olunacaq gələcək mənfəətin bir hissəsini alacaq.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Lukoil” şirkətinin xarici aktivlərinin satışına icazə verən lisenziyanın müddətini 2026-cı il dekabrın 19-dək uzadıb.

QAZİLER.AZ