"Hamı bu münaqişədən yorulub" - Lukaşenko

"Hamı bu münaqişədən yorulub" - Lukaşenko backend

Rusiyada, Ukraynada, Avropada və Belarusda hamı Ukrayna münaqişəsindən yorulub.

Qaziler.az xəbər verir ki, bu fikirləri Belarus Prezidenti Aleksandr Lukaşenko "Le Point" jurnalına müsahibəsində səsləndirib.

Lukaşenko Rusiya və Ukraynadakı münaqişədən hər kəsin yorulduğundan xəbərdar olduğunu bildirib. Eyni zamanda, Belarus lideri döyüş əməliyyatlarından həm Avropanın, həm də Belarusun yorulduğunu vurğulayıb.

"Mən bunu hiss etmirəm, bilirəm ki, təkcə döyüşən Ukrayna və Rusiyada deyil, həm də sizdə — Avropada və bizdə hamı bundan yorulub. İstənilən müharibə insanların beynindədir. Əgər beyində sabah müharibə edəcəyimiz formalaşıbsa, tankları hara yeritmək məsələsi sadəcə zaman məsələsidir", - deyə o bəyan edib.

Bundan əlavə, Lukaşenko qeyd edib ki, yorğunluq təkcə elitalarda deyil, münaqişənin hər iki tərəfindəki xalqlarda da var.

QAZİLER.AZ