Rusiya Ukrayna ordusuna yük daşıyan gəmini vurub

Rusiya Ukrayna ordusuna yük daşıyan gəmini vurub backend

Qara dənizdə Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə olunan gəmini vurub.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi "Maks" platformasında məlumat yayıb.

"Qara dəniz akvatoriyasında, Odessadan şərqdə Ukrayna Silahlı Qüvvələrinin təminatı üçün ikili təyinatlı yüklər daşıyan quru yük gəmisi tipli dəniz gəmisi məhv edilib", - deyə nazirliyin məlumatında bildirilib.

Bundan əlavə, paylaşımda qeyd olunub ki, Rusiya hərbçiləri Ukraynanın hərbi-sənaye kompleksi obyektlərini elektrik enerjisi ilə təmin edən yarımstansiyalara pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

Nazirliyin məlumatına görə, "Xarkovda 330 kV-luq, Dnepropetrovsk vilayətinin Verxnedneprovskoye yaşayış məntəqəsində 150 kV-luq və Jitomir vilayətinin Malin yaşayış məntəqəsində 110 kV-luq elektrik yarımstansiyaları", həmçinin Dnepropetrovsk vilayətinin Zelenodolsk şəhərindəki Krivoy Roq istilik elektrik stansiyası zərbəyə məruz qalıb.

QAZİLER.AZ