ABŞ-nin Nyu-Hempşir ştatından olan 58 yaşlı Molli Falko donuz böyrəyi ilə düz bir il yaşayan ilk insan olub.
Qaziler.az bildirir ki, bu barədə The Philadelphia Inquirer məlumat verib.
Qadın anadangəlmə böyrəklərin zədələnməsinə gətirib çıxaran xəstəlikdən əziyyət çəkirdi. Əməliyyatdan əvvəl o, 11 ay ərzində dializ (öz böyrəkləri funksiyasını yerinə yetirə bilmədikdə qanın süni şəkildə təmizlənməsi — red.) qəbul etməyə məcbur olub. Köçürmə əməliyyatı "Mass General Brigham" tibb mərkəzində həyata keçirilib. Böyrək "eGenesis" şirkətinin genetik modifikasiya olunmuş donuzundan götürülüb.
Transplantasiyadan sonrakı ilk aylarda yaranan fəsadlara baxmayaraq, orqan fəaliyyətini davam etdirir. O, toksinləri süzür, sidik ifraz edir, həmçinin orqanizmdə maye və mineral balansını qoruyub saxlayır. Fevral ayından bəri pasiyentin xəstəxanaya yerləşdirilməsinə ehtiyac qalmayıb.
QAZİLER.AZ