ABŞ sahillərində baş verən təyyarə qəzasında altı nəfərin hamısı həlak olub

ABŞ sahillərində baş verən təyyarə qəzasında altı nəfərin hamısı həlak olub backend

ABŞ-nin Missisipi ştatının Horn adası yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində olan altı nəfərin hamısı həlak olub.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə noyabrın 25-də ABŞ Sahil Mühafizə Xidməti məlumat yayıb.

Qurumun saytında yer alan xəbərdə bildirilir ki, həlak olanların hamısının nəşi Missisipi Dəniz Resursları Departamentinin dalğıcları tərəfindən hava gəmisinin füzelyajının içərisində aşkar edilib. Təyyarə Horn adasından təxminən 3,2 kilometr şimal-şərqdə suya düşüb.

Milli Xəbər Xidmətinin (NSN) dəqiqləşdirdiyinə görə, təyyarənin göyərtəsində dörd böyük və 8 ilə 10 yaşlarında iki uşaq olub. Sahil mühafizəsi və digər təcili yardım xidmətlərinin iştirakı ilə aparılan axtarış əməliyyatı təxminən dörd saat davam edib.

QAZİLER.AZ