Noyabrın 24-də Çin ərazisində 4 bal gücündə zəlzələ qeydə alınıb.
Qaziler.az bildirir ki, "Kazinform" agentliyinin Qazaxıstan Milli Məlumat Mərkəzinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar Astana vaxtı ilə saat 20:57-də baş verib.
Zəlzələnin episentri 42,43 dərəcə şimal enliyi və 82,25 dərəcə şərq uzunluğu koordinatlarında yerləşib. Yeraltı təkanların energetik sinfi 9,9 təşkil edib.
Xatırladaq ki, daha əvvəl də qazaxıstanlı seysmoloqlar Çin ərazisində 4,4 bal gücündə zəlzələ qeydə almışdılar.
QAZİLER.AZ
