Özbəkistan Prezidenti və İordaniya Kralı iki ölkənin sənaye və investisiya potensialını əks etdirən sərgi ilə tanış olublar

Özbəkistan Prezidenti və İordaniya Kralı iki ölkənin sənaye və investisiya potensialını əks etdirən sərgi ilə tanış olublar backend

Özbəkistan dövlət başçısını İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn əl-Hüseyn müşayiət edib.

Qaziler.az özbək mətbuatına istinadən bildirir ki, sərgidə iki ölkə arasında ticari-iqtisadi və investisiya əməkdaşlığının potensialına, eləcə də qarşılıqlı fəaliyyətin prioritet istiqamətlərinə — dağ-mədən sənayesi və geologiya, kimya sənayesi, kənd təsərrüfatı və qida sənayesi, nəqliyyat və logistika, elektrotexnika, tekstil sahəsi, əczaçılıq və müdafiə sənayesinə həsr olunmuş bölmələr təşkil edilib.

Liderlərə həmçinin Özbəkistan və İordaniyanın müxtəlif sahələr üzrə perspektivli investisiya layihələri təqdim olunub. Bu, iki ölkənin investorlarına kapital qoyula biləcək sərfəli layihələrlə birbaşa tanış olmaq imkanı yaradıb.

Stendlərdə mineral xammal və bazalt məhsulları, gübrələr, ərzaq məhsulları, pambıq iplik, parça və hazır geyim nümunələri, həmçinin dərman vasitələri nümayiş etdirilir.

İki ölkənin iri şirkətlərinin nümayəndələri birgə layihələrin icra vəziyyəti barədə məlumat veriblər.

Qeyd olunub ki, sərgi Özbəkistan və İordaniyanın aparıcı müəssisələri arasında kooperasiyanın möhkəmləndirilməsinə, eləcə də qabaqcıl təcrübə və müasir texnologiyalar mübadiləsinin genişləndirilməsinə töhfə verəcək.

QAZİLER.AZ