Rusiyada atom elektrik stansiyasının tikintisi ilə məşğul olan şəxs xaricdə ölü tapılıb

Rusiyada atom elektrik stansiyasının tikintisi ilə məşğul olan şəxs xaricdə ölü tapılıb backend

Banqladeşdə tikilməkdə olan "Ruppur" Atom Elektrik Stansiyasında (AES) çalışan "Atomtexenerqo" şirkətinin əməkdaşı ölü tapılıb.

Qaziler.az bildirir ki, "Mash" Telegram kanalının məlumatına görə, kişinin meyiti bazar ertəsi, noyabrın 23-də aşkarlanıb.

Məqalədə bildirilir ki, əməkdaş rusiyalı mütəxəssislərin yaşadığı "Green City" yaşayış kompleksindəki mənzilinin vanna otağında ölü vəziyyətdə tapılıb. Rusiyalı mütəxəssis əlaqəyə çıxmadıqda mühafizə xidməti həyəcan təbili çalıb, bundan sonra onun həmkarları polis çağıraraq qapını sındırıb içəri daxil olublar. Ölümün dəqiq səbəbləri yarılmanın nəticələrinə əsasən müəyyən ediləcək.

Mərhumun qardaşı yaxınlarının baş verənlərin mümkün səbəbləri barədə məlumatsız olduqlarını bildirib. Onun sözlərinə görə, qardaşı əvvəllər heç bir şikayət etməyib və özünü yaxşı hiss edirmiş.

QAZİLER.AZ