Norveçin "Kongsberg" şirkəti adı açıqlanmayan Ukrayna istehsalçısı ilə əməkdaşlıq çərçivəsində və Ukrayna ilə Norveç hökumətlərinin dəstəyi ilə "Desna" adlı yeni hava hücumundan müdafiə (HHM) kompleksi yaradıb.
"RBK-Ukrayna" agentliyinin "Kongsberg" şirkətinin məlumatına istinadən verdiyi xəbərə görə, son aylarda Norveç bu komplekslərdən bir neçəsini satın alaraq Ukraynaya təhvil verib.
Yeni hava hücumundan müdafiə kompleksinin əsas təyinatı Rusiya ordusunun zərbə pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə aparmaqdır. Təhvil verilən qurğular artıq Ukrayna ərazisində istifadə olunur. Bu sistem Ukrayna Müdafiə Qüvvələrinin silahlanmasında olan "Kongsberg" şirkətinin digər hava hücumundan müdafiə sisteminə — NASAMS-a əlavə olaraq hazırlanıb.
QAZİLER.AZ
