İraq Kürdüstanına müstəqil neft ixracı qadağan edilib

İraq Kürdüstanına müstəqil neft ixracı qadağan edilib backend

İraqın Baş naziri Əli əz-Zeydi İraq Kürdüstanı rəhbərliyindən tələb edib ki, neft və neft məhsullarının ixracına icazələr yalnız mərkəzi Neft Nazirliyi vasitəsilə verilsin.

Qaziler.az xəbər verir ki, bu barədə İraq hökumətinin neft qaçaqmalçılığına qarşı mübarizə tədbirləri haqqında bəyanatında deyilir.

"Səlahiyyətlərin təkrarlanmasının qarşısını almaq məqsədilə İraq Kürdüstanı hökumətinə neft və neft məhsullarının ixracına icazələri yalnız federal Neft Nazirliyi vasitəsilə vermək tapşırılıb", – deyə sənəddə bildirilib.

Baş nazir həmçinin bütün sərhəd-keçid məntəqələrinin federal hakimiyyət nümayəndələrinin tabeliyinə verilməsi barədə sərəncam imzalayıb.

QAZİLER.AZ