Papa Fransisk gündəliyində şeytanla qarşılaşdığını yazıb

Papa Fransisk gündəliyində şeytanla qarşılaşdığını yazıb backend

Vatikan Roma Papası Fransiskin şəxsi gündəliyindən parçalar dərc edib. Həmin qeydlərdə pontifik öz hissiyatına görə şeytanla qarşılaşdığı üç hadisəni təsvir edib.

Qaziler.az xəbər verir ki, bu barədə "Associated Press" yazır.

Xüsusilə, Fransisk 24 yanvar 2021-ci il tarixli qeydində Romaya qayıtdıqdan bir neçə gün sonra baş vermiş epizodu belə təsvir edib:

"Mən onu gördüm və səsini eşitdim. Sanki artıq hər şeyə sahib çıxmış kimi zəfər dolu bir səs idi: "İndi istədiyim hər şeyi əldə etdim". Əvvəlki iki hadisədə olduğu kimi, onun gözlərini unuda bilmirəm. Amma bu dəfə xırıltılı, güclü səsi yaddaşımda xüsusilə qaldı", – deyə gündəlikdə qeyd olunub.

Digər iki epizod onun Buenos-Ayresdə olduğu dövrlə bağlıdır. Qeydlərə əsasən, daha bir hadisə 2018-ci ildə Çiliyə səfərindən sonra baş verib. Həmin vaxt Fransisk keşiş tərəfindən cinsi zorakılığa məruz qalan qurbanların ifadələrinə əvvəlcə şübhə ilə yanaşmış, lakin sonradan səhvini etiraf etmişdi. Qalmaqalın miqyasını dərk etdikdən sonra o, yaşadıqlarını "cəhənnəm qapıları" mənzərəsi ilə müqayisə edib.

Xatırladaq ki, Roma Papası Fransisk 2013-cü ildən 2025-ci ilə qədər bu vəzifəni tutub. O, 88 yaşında vəfat edib.

QAZİLER.AZ