ABŞ Tehranın yeddi ilkin şərti ilə razılaşmayana qədər İran hakimiyyəti regional vəziyyətin nizamlanması üzrə danışıqlar aparmaq niyyətində deyil.
Qaziler.az “Tasnim” agentliyinə istinadla xəbər verir ki, bunu çərşənbə axşamı ölkə parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bildirib.
"İranın yeddi şərti yerinə yetirilməyənə qədər heç bir addım atılmayacaq və danışıqlar aparılmayacaq", – deyə agentlik spikerin sözlərini sitat gətirib.
Bununla yanaşı, Qalibaf əmin edib ki, əgər düşmən İrana qarşı yeni təcavüzkar addımlar atarsa, Tehran döyüş əməliyyatlarının coğrafiyasını genişləndirməyə hazırdır.
Qeyd edək ki, Tehranın irəli sürdüyü şərtlər sırasına regionda, o cümlədən Livanda hərbi əməliyyatların tam dayandırılması, sanksiyaların və ABŞ-nin dəniz blokadasının ləğvi, dondurulmuş İran aktivlərinin blokdan çıxarılması və ölkəyə dəymiş ziyana görə təzminat ödənilməsi daxil edilib.
QAZİLER.AZ
