Naməlum maskalı şəxs Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətinin Şverte şəhərində "Yaşıllar" partiyasının ofisinə fraksiya iclası zamanı daxil olaraq siyasətçilərdən birinə hücum edib.
Qaziler.az "Bild" nəşrinə istinadla xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb.
"Maskalı şəxs bazar ertəsi axşam saatlarında Şvertenin mərkəzindəki partiyanın ofisinə daxil olub və siyasətçilərdən birinə hücum edib. İnsident nəticəsində üç nəfər yaralanıb", – deyə nəşrdə qeyd olunur.
Bildirilib ki, hücum ofisdə fraksiya iclası keçirilən vaxt baş verib. Həmin an binada ondan çox adam olub. Nəşrin yazdığına görə, hücum edən şəxsin üzərində daşınan yanğınsöndürən balon olub, lakin konkret nə baş verdiyi və zərərçəkənlərin hansı xəsarətlər aldığı tam aydın deyil. Məlumdur ki, yaralılar xəstəxanalara yerləşdiriliblər. Hücumda şübhəli bilinən şəxs hadisə yerindən qaçıb, onun motivləri hələlik məlum deyil.
QAZİLER.AZ
