Avropa liderləri qitədəki təhlükəsizlik arxitekturasına yenidən baxılması barədə danışmağa hazır deyillər və Ukraynadakı münaqişəyə son qoymaq üçün bu məsələləri Rusiya ilə müzakirə etmək istəmirlər.
Qaziler.az xəbər verir ki, bu barədə "Politico" nəşri NATO ölkələrinin 12 keçmiş və hazırkı dövlət qulluqçusuna, ekspertinə və diplomatına istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, avropalılar özlərinin iştirakı olmadan Ukrayna üzrə danışıqların aparılmasını, respublikanın NATO-ya üzvlüyü ilə bağlı birtərəfli qərarların qəbulunu, eləcə də münaqişə başa çatana qədər yeni sazişlərin imzalanmasını yolverilməz hesab edirlər.
Norveçin müdafiə naziri Ture Sandvik nəşrə bildirib ki, Avropada artıq təhlükəsizlik sistemi mövcuddur və onu dəyişdirməyə ehtiyac yoxdur.
QAZİLER.AZ
