ABŞ Yaxın Şərqə desant qrupu göndərib

ABŞ Yaxın Şərqə desant qrupu göndərib backend

Göyərtəsində dəniz piyadaları olan üç böyük desant gəmisindən ibarət ABŞ Hərbi Dəniz Qüvvələrinin amfibiya-desant qrupu Yaxın Şərq regionu istiqamətində hərəkət edir.

Qaziler.az "Report.az"a istinadla xəbər verir ki, bu, Birləşmiş Ştatların Hərbi Dəniz İnstitutunun informasiya xidmətinin məlumatlarından aydın olur.

Hazırda gəmi qrupu Ərəbistan dənizi bölgəsinə gedərkən yolüstü daxil olduğu Sinqapurda yerləşir.

Onun tərkibinə "USS Makin Island" aviadaşıyıcı universal desant gəmisi və iki desant-helikopter gəmisi "USS John P. Murtha" və "USS Anchorage" daxildir. Onlarda 2,5 min hərbi qulluqçudan ibarət dəniz piyadalarının 13-cü ekspedisiya batalyonu, həmçinin "F-35B" şaquli qalxma və enmə qırıcılarının iki eskadrilyası, konvertoplanlar, zərbə və nəqliyyat helikopterləri və desant katerləri yerləşdirilib.