NATO-nun baş katibi Mark Rütte alyansa üzv olan bəzi ölkələrin Ukraynanın quruma daxil olması prosesini ləngitdiyini etiraf edib.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi yazır.
“Biz bilirik ki, təkcə Birləşmiş Ştatlar deyil, digər bir neçə müttəfiq ölkə də hazırda bu prosesi ləngidir”, - deyə Rütte bildirib.
O qeyd edib ki, 2024-cü ildə NATO-nun Vaşinqton sammitinin yekun bəyannaməsində Kiyevin alyansa üzvlüyə doğru “geri dönməz yolu”ndan bəhs olunub və bu mövqe rəsmi olaraq qorunub saxlanılır.
Lakin baş katibin sözlərinə görə, əgər NATO-ya üzvlük Ukraynanın gələcək təhlükəsizliyinin əsasına çevrilməzsə, Avropa dövlətləri ABŞ-nin dəstəyi ilə alternativ zəmanətlər hazırlamaq niyyətindədirlər.
QAZİLER.AZ

