İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Qətər səfirinin ölkədə olmaması səbəbindən bu ölkənin müvəqqəti işlər vəkilinin nazirliyə çağırıldığını bildirib.
Qaziler.az xəbər verir ki, “Pars Today” agentliyinin məlumatına görə, buna səbəb Qətər və Almaniyanın birgə bəyanatı, eləcə də bununla bağlı Qətər hökumətinin gözlənilməz addımı olub.
Qətər əmirinin Berlinə səfərinin yekunlarına dair dərc olunmuş Qətər və Almaniyanın birgə bəyanatında deyilir: “Biz İranı Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə üzrə öhdəliklərinə əməl etməyə çağırırıq və İranın heç bir halda nüvə silahı istehsal etməməli və ya əldə etməməli olduğu fikri ilə razıyıq”.
QAZİLER.AZ

