Almaniya kansleri Fridrix Merts Şimali Atlantika Alyansının baş katibi Mark Rütte ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib ki, atəşkəs müqabilində Ukrayna NATO-nun kollektiv müdafiə haqqında 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri almalıdır.
Qaziler.az xəbər verir ki, bu barədə “n-tv” telekanalı məlumat yayıb.
“Bu təhlükəsizlik zəmanətləri NATO Nizamnaməsinin 5-ci maddəsində nəzərdə tutulan zəmanətlərə bənzər olmalıdır və bu mənada onlar artıq NATO-ya üzvlüyə çox yaxındır”, - deyə Merts bildirib.
Xatırladaq ki, noyabrın 23-də Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev üçün təhlükəsizlik zəmanətlərini razılaşdırmaq əvəzinə, ölkəni NATO-ya qəbul etməyə çağırıb. O vurğulayıb ki, Rusiya hücum edəcəyi təqdirdə hansı ölkələrin onu dəstəkləyəcəyini və hansı addımları atacağını Ukrayna dəqiq bilməlidir.
QAZİLER.AZ

