Matteo Salvini Ukraynadan bu saytın bağlanmasını tələb edir

Matteo Salvini Ukraynadan bu saytın bağlanmasını tələb edir backend

İtaliya Baş nazirinin müavini Matteo Salvini noyabrın 23-də bəyan edib ki, Ukrayna "Mirotvorets"  saytının məlumat bazasından bütün İtaliya vətəndaşları haqqında informasiyanı silməli və bu resursu bağlamalıdır.

Qaziler.az bildirir ki, bu barədə "izvestiya" məlumat yayıb.

"Mən zorakılığa təhrik edən bu saytdan öz adımın və bütün İtaliya vətəndaşlarının adlarının silinməsini, eləcə də saytın bağlanmasını tələb edəcəyəm", — deyə onun sözlərini "Il Fatto Quotidiano" nəşri sitat gətirib.

Salvini "Mirotvorets"i "terrorçu sayt" adlandıraraq, yalnız öz adının bu "qara siyahı"dan çıxarılmasının kifayət etmədiyini bildirib. O, həmçinin İtaliya vətəndaşlarının bu məlumat bazasına daxil edilməsini "narahatedici məqam" kimi qiymətləndirib və Ukrayna səfiri ilə keçiriləcək qarşıdakı görüşdə bu məsələyə toxunacağını açıqlayıb.

QAZİLER.AZ