Liviyada Rusiyanın hərbi gəmisi partladılıb

Liviyada Rusiyanın hərbi gəmisi partladılıb backend

Benqazi limanında (Liviya) Rusiyanın Hərbi Dəniz Qüvvələrinə məxsus “Merkuri” korvetində baş partlayış baş verib. Hadisə nəticəsində Rusiya və Liviya vətəndaşları həlak olub.

 

Bu barədə "Al-Jazeera" telekanalı məlumat yayıb.

 

Telekanalın mənbələrinin bildirdiyinə görə, hadisə nəticəsində ölənlər arasında müəyyən sayda Rusiya və Liviya vətəndaşı var. (trend.az)

 

Liviya sahillərində, Benqazi limanında lövbər salmış “Merkuri” korveti noyabrın 22-nə keçən gecə dronların hücumuna məruz qalıb. Peyk görüntülərinə əsasən, gəmi batıb.

 

Yerli hakimiyyət orqanlarının məlumatına görə, “Merkuri” Rusiya ilə Şərqi Liviyanın hökuməti arasında əməkdaşlıq sazişi çərçivəsində yanacaq doldurmaq və ehtiyatları artırmaq üçün Benqazi limanına gəlib.

 

“Əl-Cəzirə”nin iki mənbəsinin məlumatına görə, gəminin göyərtəsində silah, döyüş sursatı və dronlardan ibarət yük olub. (trend.az)